"Kiyevin atəşkəsə ehtiyacı yoxdur..."

Putin atəşkəsdən danışıb

Kiyevin atəşkəsə ehtiyacı yoxdur.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşündə deyib.

...Bu, bizi təəccübləndirmir, sadəcə olaraq, bizi inandırır ki, hazırkı Kiyev rejiminə sülhə qətiyyən ehtiyac yoxdur. Onun üçün sülh çox güman ki, hakimiyyətin itirilməsi deməkdir.

Bunu Putin bildirib.

Rusiyalı Prezident Ukraynanın humanitar səbəblərdən 2-3 günlük atəşkəslə razılaşmaqdan imtina etməsini belə şərh edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın memorandumuna sərt cavab verib.

O, bildirib ki, Kiyev Rusiyanın atəşkəs şərtləri ilə bağlı sənədini ciddi qəbul etmir. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ukrayna liderinin bəyanatlarını boş adlandırıb.

Millət vəkilinin sözlərinə görə, bu cür davranış bütün işi gözdən salmaq cəhdidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə