Rusiyaya qarşı yeni sanksiyalar hazırdır - Kelloq

"Rusiyaya qarşı daha sərt sanksiyalar, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi artıq hazırdır, lazım olan yeganə şey müvafiq qanun layihəsinin ABŞ Konqresində təsdiqlənməsi və prezident Donald Trampın təsdiqini almaqdır.” SİA xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. "Mən senator Lindsey Qremlə keçən həftə sonu danışdım və inanıram ki, onlar hazırdırlar. Onlar hərəkətə hazırdırlar. Bu sanksiyalar paketi "2025-ci il Rusiya Sanksiya Aktı” adlanır və mən hesab edirəm ki, o, onları artıq tam hazırlayıb və bəziləri bunları tətbiq etməyə hazırdır”, - Kelloq deyib. O, həmçinin məhdudiyyətlərin ilk növbədə Rusiya neft məhsullarının ixracına yönəldiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə