2012-ci ildən Sergey Şoyqu müdafiə naziri postunu tutub. Ötən il dövlət başçısının sərəncamı ilə o, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
SİA-nın məlumatına görə,“Rossiya 24” telekanalında təqdim olunan “Şoyqu 70. Varlığın qanunları” sənədli filmində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu vurğulayıb ki, xidmət iyerarxiyasında yüksəldikcə təcrid hissi daha qabarıq şəkildə özünü büruzə verir.
...İnanın mənə, karyeranın yuxarı eşelonları soyuqluq və yadlıq hissi ilə xarakterizə olunur, çünki qəbul edilmiş qərarlara görə bütün məsuliyyət tamamilə sizin üzərinizdədir və heç kimlə bölüşülə bilməz. Uğursuzluğa uğrasanız, səhvlərinizin bütün yükü yalnız sizin üzərinizə düşür
Bunu bəyan edən Şoyqu həmçinin bildirib ki, son beş il son dərəcə dinamik olub və onun həyatında mühüm dəyişikliklərlə yadda qalıb.
...Bu beş il həm şəxsən mənim üçün, həm də bütün ölkəmiz üçün gərgin və çətin olub.
...Mən bütün səviyyələrdə liderlərin, xüsusən də müdafiə naziri vəzifəsini tutanların üzərinə qoyulan böyük məsuliyyət yükünü daha da dərk etdim, - deyə Təhlükəsizlik Şurasının katibi yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə