Braziliya prezidenti Luiz İnasio Lula da Silva Böyük Vətən Müharibəsində Qələbə Gününü qeyd etmək üçün Rusiyaya səfərinin əhəmiyyətini açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə Kremlin saytında Braziliya rəhbəri ilə Rusiya prezidenti Vladimir Putinin söhbətinin stenoqramında bildirilib.
Lula da Silva qeyd edib ki, onun 15 ildən sonra səfəri ölkələrin bütün bu illər ərzində həyata keçirdikləri birgə planlara və arzulara qayıdış deməkdir.
...İkinci Dünya Müharibəsindən sonra çoxtərəfliliyin güclənməsi, BMT-nin güclənməsi, azad ticarətin böyüməsi kimi bir çox şeylərin baş verəcəyinə inanırdıq, biz əvvəllər bunun uzunmüddətli perspektivdə baş verəcəyini düşünürdük ki, dünyada sülhə təminat yaransın.
Braziliya prezidenti əlavə edib ki, bu sülh hələ əldə olunmayıb.
Braziliya rəhbəri daha sonra deyib ki, onun səfəri ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını gücləndirmək məqsədi daşıyır.
Onun sözlərinə görə, Braziliya bununla həm siyasi, həm mədəni, həm də ticarət, texnologiya və elm sahələrində maraqlıdır.
...Putin və Lula da Silva sonuncu dəfə 2000-ci illərin ortalarında dövlət başçıları kimi görüşüblər. Eyni zamanda onlar daimi təmasda olur və mütəmadi olaraq bir-birlərinə zəng edirlər.
Bundan əvvəl “The Washington Post” Qələbə Gününü qeyd etmək üçün 30-a yaxın dünya liderinin Putinə qoşulduğunu qeyd edib.
Məqalədə deyilir: “Bu, Qərbin təcrid etməyə çalışdığı lider kimi öz qələbəsini qeyd etdi”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə