ABŞ prezidenti Donald Tramp administrasiyasının insan haqları siyasəti narahat edir.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
…Biz uzun onilliklər ərzində ABŞ-dan insan hüquqları üzrə ikitərəfli dəstəkdən istifadə etmişik. Mən indi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən əsaslı dəyişiklikdən dərin narahatam.
BMT nümayəndəsi vurğulayıb.
Türk, Trampın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarından sonra ABŞ-ın siyasətindən narahatlığını ifadə edərək, Vaşinqtonun təşkilata maliyyə ayırmasını dayandırmasının mənfi nəticələrinə diqqət çəkib.
O, həmçinin Tramp administrasiyasını diskriminativ ritorika və manipulyasiyada ittiham edib. Bundan əvvəl amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin NATO və BMT-dən çıxmasını dəstəkləyib.
Mask X sosial şəbəkəsinin istifadəçilərindən birinin Vaşinqtonun beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı yazdığı yazıya cavab verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə