Bosniya və Herseqovina (BH) məhkəməsi tərəfindən qiyabi olaraq bir il müddətinə azadlıqdan məhrum edilən Serb Respublikası prezidenti Milorad Dodik həmvətənlərini və tərəfdarlarını narahat olmamağa çağırıb.
SİA-nın məlumatına görə, onun sözlərini RİA Novosti yayıb.
...Mən onların axmaqlığına görə bir il həbs cəzası alıram. Deyirlər ki, mən günahkaram. İndi buradakılar sizə deyəcəklər ki, niyə bizim günahımız yoxdur. Heç bir narahatlığa əsas yoxdur. Mən daha ağır şeyləri daşımağı öyrənmişəm, bunu da daşıyacağıq.
Bunu Dodik vurğulayıb.
Bundan əvvəl məhkəmə BMT nümayəndəsinin qərarlarını yerinə yetirmədiyi üçün Dodiki 1 il müddətinə azadlıqdan məhrum edib.
O, dünya təşkilatı tərəfindən təsdiq edilməyən “BH-nin ali nümayəndəsi” Kristian Şmidtin qərarlarına tabe olmamaqda təqsirli bilinib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə