Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Ukrayna Avropa İttifaqı ilə sərhədlərdə birgə gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlaşır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, artıq 2025-ci ildə Ukrayna-Polşa sərhədində pilot layihəyə başlanılması planlaşdırılır.

“Bu il Ukrayna-Polşa sərhədində pilot layihənin başlanmasına ümid edirik”, - deyə Baş nazir söyləyib.

Şmıqal qeyd edib ki, hazırda Avropa Komissiyası ilə müvafiq sazişin razılaşdırılması üzərində işlər gedir. Vurğulanıb ki, sərhədə birgə nəzarət insanlar və biznes üçün vaxta əhəmiyyətli dərəcədə qənaət imkanı verəcək və Ukraynanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə