ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə Yaponiyanın Baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“USAID-ə baxanda görürük ki, bunların hamısı fırıldaqdır. Həmin təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib. Onun büdcəsinin hər bəndi ya korrupsiyadır, ya da gülünc bir şeydir", - deyə Tramp vurğulayıb. Qeyd edək ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə