Avropa qoşunlarının Ukraynaya gətirilməsi Rusiyaya müharibə elanıdır

…Avropa qoşunlarının Ukrayna ərazisinə hərbi əməliyyatlar kontekstində yerləşdirilməsi faktiki olaraq Rusiyaya müharibə elan etmək deməkdir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə fevralın 6-da Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məlumat verib.

…Biz bunu ciddi qəbul edirik. Təbii ki, hərbi əməliyyatların davam etdiyi bir dövrdə qoşunların yerləşdirilməsi, əslində, bütün bundan irəli gələn nəticələrlə müharibə elan etmək deməkdir.

Rusiyalı diplomat RİA Novosti müxbirinin sualını cavablandırarkən deyib bunu.

Bundan əvvəl Meşkov Fransanın “Mirage” qırıcılarının Ukraynaya çatdırılmasını köhnəlmiş silahların sərbəst şəkildə utilizasiyasının bariz nümunəsi kimi qiymətləndirib.

Diplomat qeyd edib ki, istənilən ölkə köhnə avadanlıqların təkrar emalı üçün maliyyə tələb edir.

…Lakin alternativ olaraq, silahlar Ukraynaya göndərilə və onu “milyonlarla avro dəyərində yeni yardım paketi” kimi təqdim edə bilər.

Xatırladaq ki, Fransanın “Mirage” qırıcılarının ilk partiyası fevralın 6-da Ukraynaya çatdırılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə