Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Cənub-Şərq İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Lyublinski rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açıb", - məlumatda bildirilib.

İlkin ehtimala görə, fevralın 1-də Moskvanın 2-ci Kvartal Kapotnya küçəsindəki hoteldə uşaqlar qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət ediblər.

Altı azyaşlı paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.

Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə