Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Qəza Elmadağ rayonunda baş verib <…> Aşaraq yuvarlanan iki avtomobil yararsız hala düşüb, 7 nəfər yaralanıb”, – agentliyin məlumatında qeyd olunub.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə