Tümen vilayətinin Uvatski rayonunda yerləşən neft quyusu icarəyə verilib. Kirayə qiyməti 4,6 milyon rubl təşkil edir. Bu barədə məlumat hökumətin tender saytında yerləşdirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 18 saylı quyu Urnenski yatağının Urnenski lisenziya sahəsində yerləşir.
Dərinliyi təxminən 3 min metrə çatır. Kirayə haqqı ildə 4.617.084 rubl təşkil edəcək və müqavilə müddəti beş il olacaq.
Quyunun icarəsi üzrə tender fevralın 7-nə təyin edilib. Beləliklə, potensial kirayəçilər neft quyusuna adi yaşayış binasının icarəsi ilə müqayisə olunan qiymətə çıxış əldə etmək imkanından yararlana bilərlər.
Yeri gəlmişkən, Tümendə bir otaqlı mənzil orta hesabla 5,5 milyon rubla başa gəlir.
Qüllə 1 milyon aşağı icarəyə veriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə