Koronavirus hücuma davam edir...

Sankt-Peterburqda bir həftə ərzində 1288 xəstə aşkarlanıb

...Sankt-Peterburq və Leninqrad vilayətində son bir həftə ərzində COVID-19-a yoluxma halları artıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəzi ölümlər də olub.

Yanvarın 13-dən 19-dək ölkədə 11 354 koronavirusa yoluxma faktı qeydə alınıb.

Xəstəlik nisbəti əvvəlki həftə ilə müqayisədə 2,8 faiz artıb. Şimal paytaxtında 1288 nəfərə koronavirus diaqnozu qoyulub, Leninqrad vilayətində isə 233 yoluxma halı qeydə alınıb. Bir həftə əvvəl Sankt-Peterburqda 955, Leninqrad vilayətində isə 158 nəfər koronavirusa yoluxub.

Ümumilikdə Rusiyada 1120 koronavirus xəstəsi, onlardan 73-ü Sankt-Peterburqda, daha 6-sı isə Leninqrad vilayətində xəstəxanalara yerləşdirilib.

Son bir həftə ərzində ölkədə 43 nəfər COVID-19-dan dünyasını dəyişib.

Nevadakı şəhərdə xəstəlik 11 nəfərin həyatına son qoyub.

Leninqrad vilayətində də bir ölüm hadisəsi qeydə alınıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə