…Polşanın baş naziri Donald Tusk bildirib ki, NATO ölkələri Baltik dənizi regionunda öz ərazi sularından kənarda gəmiləri izləmək üçün yollar axtaracaqlar.
SİA bu barədə TVP İnfo telekanalına istinadən xəbər verir. …Tusk bu barədə Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra açıqlama verib.
Onun sözlərinə görə, NATO ölkələri alyansa öz sularından kənarda nəzarəti genişləndirməyə imkan verəcək hüquqi həll yolları tapmağa ümid edirlər.
...Biz ərazi sularından kənarda gəmilərə nəzarət etməyə imkan verəcək hüquqi həllər üzərində birgə işləyəcəyik.
Bunu da polşalı nazir deyib.
Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb bildirmişdi ki, NATO Baltik dənizində mövcudluğunu artırmağı planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə