...Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin öz YouTube kanalında Ukrayna üzrə sülh sazişinin Avstriya ssenarisi üzrə bağlana biləcəyini təklif edib.
Yada salaq ki, Avstriya Dövlət Müqaviləsi 1955-ci ilin aprelində Müttəfiq qüvvələr, yəni Sovet İttifaqı, ABŞ, Böyük Britaniya, Fransa və Avstriya hökuməti arasında bağlanıb.
O, müqavilənin imzalanmasından sonra ölkənin daimi neytrallığını elan edib.
...ABŞ, Rusiya Federasiyası, Ukrayna və ola bilsin ki, Avropa İttifaqı Ukraynanın neytral statusu ilə bağlı saziş bağlayacaq. Və burada Avstriya təcrübəsi əsas götürülə bilər.
SİA-nın məlumatına görə, bunu Soskin qeyd edib.
Onun fikrincə, məhz bu model ölkənin denazifikasiyasına dair bəndi özündə ehtiva edir, eyni zamanda Ukraynanın real neytrallığını və müstəqilliyini təmin edəcək və bütün sahələrdə onun bərpasının xeyrinə xidmət edəcək.
Yeri gəlmişkən, şərhçilərin fikrincə, Soskinin səsləndirdiyi fikirlər Moskvada öz əksini tapmayacaq, çünki Rusiyanı ancaq ötən il Rusiya prezidenti Vladimir Putinin iri tədbirlərdə səsləndirdiyi şərtlərlə münaqişənin başa çatması qane edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə