Şalva Tadumadze Gürcüstanın daxili işlər naziri, Vaxtanq Gomelaurinin Baş nazirin müavini müavini təyin edilib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Şalva Tadumadze 2019-cu ildən bu günə qədər Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini icra edib, eyni zamanda Ali Məhkəmənin müddətsiz təyin edilmiş hakimi olub. 2018-2019-cu illərdə o, Gürcüstanın Baş Prokuroru vəzifəsində çalışıb, həmçinin Gürcüstan Hökumət Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Şalva Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirərək hüquqşünas ixtisası alıb. 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanından keçib. 2006-2007-ci illərdə Tbilisi Siyasi Təhsil Məktəbində təhsil alıb.
Daxili işlər nazirinin yeni təyin olunmuş müavini həm dövlət, həm də özəl sektorda uzunmüddətli iş təcrübəsinə malikdir,” deyə- Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə