Fransa Bankı 2025-ci illə bağlı proqnozlarında dəyişiklik edib. SİA “Figaro”ya istinadla xəbər verir ki, sentyabrdakı proqnozda gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artımı 1,2 faiz gözlənildiyi halda, ötən gün proqnoz 0,9 faizə endirilib. Bunun əksinə işsizlik proqnozu 7,6 faizdən 7,8 faizə qaldırılıb.
Bu il üçün 1,1 faiz iqtisadi artım gözləyən bank 2025-ci ildə göstəricinin daha aşağı olacağı qənaətindədir. Qurum aşağı göstəriciləri büdcə siyasəti və ölkədə hökm sürən qeyri-müəyyənliklərlə izah edir. Büdcə kəsirinin isə ÜDM-in təxminən 5,5 faizinə bərabər olması gözlənilir. Fransa Bankı resessiyaya səbəb olmadan inflyasiyanın indiki 2,4 faizdən gələn il 1,6 faizə salınacağına ümid edir. 2026 və 2027-ci illərdə isə Fransada cəmi 1,3 faiz iqtisadi artım gözlənilir.
Proqnoz tərtib edilərkən ABŞ və Avropa İttifaqı arasında gələn il başlaması ehtimal olunan ticarət müharibəsi nəzərə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə