Elvira Nabiullina qovulsun və yerinə İvan Oxlobistin gətirilsin..?

Rusiyada epizodik rollrda çəkilən Oxlobıstin Rusiya Mərkəzi Bankının yeni sədri təyin edilməlidir!

...İddialara görə, bu gün bəzi rus səlahiyyətliləri Elvira Nabiullinaya qarşı “Rusiya Mərkəzi Bankının sədri kimi açıq-aşkar təxribat fəaliyyətinə” görə istefa verməsini tələb edərək, ona qarşı genişmiqyaslı məlumat kampaniyasına başlayıblar.

İnsaf naminə qeyd edilməlidir ki, Nabiullina indiki Rusiya hakimiyyət sistemində öz işini həqiqətən yaxşı görən azsaylılardan biridir.

SİA-nın da etirafına görə, məhz onun islahatları sayəsində daxili iqtisadiyyat hələ də kədər içində də olsa, amma yaşayır. Vurulan “Moskva” kreyseri kimi hələ ki, batıb dibə getmir. ...Bəli, ruslar qeyri-populyar addımlar atmalı və əsas məzənnəni qaldırmalıdırlar, amma 3 ilə yaxındır ki, qonşu dövlətin ərazisində müharibə aparan Nabiullina deyil axı...

O, yalnız yuxarıdan ona atılan vəziyyətlərə reaksiya verməyə məcbur olur.

Yenə iddialara görə, ruslar rus bankına rəhbər kimi, vətənpərvər və ideoloji birisini istəyirlər?

Hətta rus bankına rəhbər kimi, İvan Oxlobistini də təklif edənlər var?

Hə, indi nə olsun ki, o əksər rus filmlərində epizodik rol alan aktyorlardan biridir

Amma... vətənpərvərliyinə söz ola bilməz. Putin əleyhinə danışan kimi deyirsən,..qoysun bağaja.

Amma nə yazıqlar ki,.. Rusiya sistemi sürətlə deqradasiyaya uğrayır və öz yanaşmanı tapmalı olduğun mürəkkəb proseslərlə bağlı hər hansı hekayələr “açıq təxribat” kimi qəbul ediləcək.

Ruslar bu dəqiqə Şamanın, müğənni Yaroslav Dronovu deyirəm,.. mahnıları altında Berlinə yürüş etmək istəyirlər, amma iqtisadiyyatdan danışırlar.

Deyim ki, hazırda ruslar arasında bəzi etirafçılar da var.

Belə ki, onlar əcdadlarının ümumiyyətlə “əsas dərəcə” anlayışının olmadığını deyirlər.

...Və bu o deməkdir ki, müasir ruslar üçün o qədər də vacib deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə