...Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin Qərb tərəfdaşlarına müraciət edib - o, yerli müxalifətə qarşı aparılan axtarışlara və həbslərə dərhal reaksiya verməyi xahiş edib.
SİA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verir. Belə ki, o, əvvəllər Gürcüstanda bir sıra müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının ofislərində aparılan kütləvi axtarışlara münasibət bildirib.
Bundan əlavə, müxalifət partiyalarının bir neçə üzvü, o cümlədən “Dəyişiklik naminə koalisiya” partiyasının lideri Nika Qvaramiya saxlanılıb.
Zurabişvilinin sözlərinə görə, Qərb ölkələri bu hadisələrə dərhal reaksiya verməlidir, çünki bu məsələdə gecikmə Gürcüstanda böhranı daha da pisləşdirə bilər.
...Mən tərəfdaşlarımızı və Gürcüstanda böhranın və qeyri-sabitliyin dərinləşməsinin qarşısını almaq istəyənləri təcili cavab verməyə çağırıram. Artıq hakim partiyaya güclü təzyiq göstərməyin vaxtı çatıb.
Bundan əvvəl Gürcüstanda müxalifətçilər həbsi olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə