...Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ də Ermənistanın geri qayıtmasını gözləyir.
SİA xəbər verir ki, NEWS.ru-ya KTMT-nin mətbuat xidmətindən verilən məlumata görə, təşkilatın mövqeyi dəyişməz olaraq qalır.
Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı geri dönüşü olmayan məqamla bağlı sözlərinə belə reaksiya veriblər.
Bizim mövqeyimiz dəyişmir. Əlavə ediləcək heç nə yoxdur, - deyə KTMT-nin mətbuat xidmətindən bildirilib.
Paşinyan bir qədər əvvəl İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib. Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz olur.
Ermənistanın KTMT-də iştirakının dondurulmasını şərh edən Paşinyan bildirib ki, respublika qurum daxilində sənədlərin işlənib hazırlanmasında iştirak etmir.
...Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaratdığını” söyləyən sözlərinə cavab verib.
Rusiya liderinin sözlərinə görə, 2020-ci ildə Qarabağ və Ermənistanda baş verən hadisələrin KTMT ilə heç bir əlaqəsi yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə