Papa ilə Netanyahu arasında müharibə davam edir

Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verildikdən sonra katoliklərin ruhani lideri Papa Fransisk ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında yenidən alovlanan mübahisə davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Papanın Qəzzada törədilən soyqırım cinayətlərinin araşdırılmasını tələb etməsini sərt şəkildə tənqid edib. Netanyahu Papa Fransisin açıqlamalarını “utancverici” adlandırıb.

Keçən həftə Papa Fransisk İsrailin Qəzzaya qarşı hərbi əməliyyatının Fələstin xalqına qarşı soyqırım olub-olmadığını dünya ictimaiyyətinin araşdırması lazım olduğunu bildirərək, İsrailin bir ildir davam edən müharibədəki davranışı ilə bağlı bu günə qədər etdiyi ən açıq tənqidlərdən birini edib. Papa sentyabrın əvvəlində verdiyi açıqlamada İsrailin Qəzza və Livana hücumlarını əxlaqsız və qeyri-mütənasibdir adlandıraraq, İsrail ordusunun müharibə qaydalarını aşdığını bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə