Tbilisidə Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunub

Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü Gürcüstanın paytaxtı Tbilisidə təntənəli şəkildə qeyd olunub. SİA xəbər verir ki, bayram tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay çıxış edərək ölkəsinin dövlətçilik tarixi, ötən illər ərzində əldə etdiyi uğurlar barədə məlumat verib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək dost Türkiyə xalqını bayram münasibətilə təbrik edib. Ölkələr arasında münasibətlərin inkişaf perspektivləri barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə