Mağazalarda qıtlıq gözlənilmir, amma qiymətlər qalxacaq

Bir sıra kərə yağı istehsalçıları məhsulun istehsalını azaldır

...Rusiya mağazalarında kərə yağlarının çeşidi azaldıla bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəzi istehsalçılar, o cümlədən kifayət qədər iri istehsalçılar, istehsalı azaltdıqlarını və ya daşınmalarını dayandırdıqlarını pərakəndə satış şəbəkələrinə bildirməyə başlayıblar.

Rusların yazdığına görə, vəziyyət xammal ehtiyatlarının azalması və onların keyfiyyətinin aşağı olması, eləcə də daim artan xərclərlə bağlıdır. Hələlik mağazalarda bu məhsulun qıtlığı yoxdur və Kənd Təsərrüfatı Nazirliyi Rusiya bazarının yağla tam təmin olunduğuna əmin olub.

Amma istehsalçılar yağın qiymətinin aşağı ola bilməyəcəyinə rusları inandırmağa çalışırlar.

Deyilənlərə görə, bir kiçik yağ paketi təxminən səkkiz litr süd tələb edir. Bir kiloqram kərə yağı hazırlamaq üçün artıq 25-40 litr süd lazımdır. Bir litrin topdansatış qiymətinin 40 rubl olduğunu təxmin etsək belə, kərə yağının kiloqramı üçün ən azı min rubl olduğu ortaya çıxır.

Minimum. Əslində qiymət daha yüksəkdir. Pərakəndə satış şəbəkələri öz qiymətlərini 70 faizə qədər artırmaqdan çəkinmirlər. Artıq antiinhisar əməkdaşları regionlarda əsassız qiymət artımını müəyyən etməyə başlayıblar, çünki məhsul sosial əhəmiyyətlidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə