...Rusiya zəif təşkilatçılıq və logistika problemləri səbəbindən yaxın gələcəkdə Kursk bölgəsini geri ala bilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Politico” yazır.
Qeyd edilməlidir ki, əvvəllər Ukraynanın Rusiyanın Kursk vilayətinə köçürdüyü minlərlə qoşunun digər ərazilərdə çatışmazlıqlara səbəb olması ilə bağlı narahatlıqlar var idi. Bununla belə, analitiklər hesab edirlər ki, ruslar cavab tədbirini tam təşkil edə bilməyincə Ukrayna ən azı bir neçə ay Rusiya ərazisini saxlaya biləcək.
...Hərbi rəsminin nəşrə verdiyi məlumata görə, ukraynalılar Rusiya ərazisindəki qoşunlarını yenidən təchiz edə bilirlər, ruslar isə zəif koordinasiya və planlaşdırma səbəbindən hücuma keçmək üçün qoşunların yerləşdirilməsi və təşkili baxımından əhəmiyyətli maddi-texniki problemlər yaşayırlar.
...Hələ ki, onların Kursk bölgəsini qaytarmaq üçün ciddi cəhd göstərməyə hazır olduqlarını göstərən heç nə yoxdur və düşünmürəm ki, yaxın gələcəkdə bunu edə biləcəklər.
Bunu da “Politico”ya açıqlama verən hərbçi deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə