ABŞ prezidenti Cozef Bayden İsraildəki vəziyyətlə bağlı təcili toplantı çağırıb. İran bu gün İsrailə 500-dən çox ballistik raket atıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden vitse-prezident Kamala Harris və onların milli təhlükəsizlik müşavirləri ilə təcili görüş çağırıb.
Görüş zamanı İranın o vaxta qədər İsrailə qarşı artıq baş vermiş hücumu müzakirə olunub.
Görüşün nəticəsi olaraq Bayden ABŞ hərbçilərinə İranın hücumlarına qarşı İsrailə özünü müdafiə etməyə və İsrailə yönələn raketləri vurmağa kömək etməyi tapşırıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, ABŞ prezidenti Bayden və vitse-prezident Harris Ağ Evin Situasiya Otaqından İranın İsrailə hücumunu izləyirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə