Türkiyə Yunanıstana reaksiya verdi

Türkiyə Egey dənizindəki ərazi sularının sərhədlərinin pozulması ilə bağlı Yunanıstan rəsmilərinə reaksiya verdi

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat yaydı.

Bildirilib ki, bu cür hadisələrdə izlənilən diplomatik prosedur aydındır və illərdir ki, buna əməl olunur.

Qeyd olunub ki, Türkiyə Yunanıstanın Egey dənizində etdiyi pozuntular ilə əlaqədar bu ölkənin rəsmilərinə reaksiya verib.

Bütün xəbərlər Facebook səhifəmizdə