Kreml Çinin raket sınaqlarına münasibət bildirib

Çin qitələrarası ballistik raketi sınaqdan keçirməklə öz suveren hüququndan istifadə edir.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

…Bu, Çinin suveren hüququdur. Çin hərbi tikinti ilə məşğuldur, biz buna hörmət edirik, - deyə Peskov qeyd edib və əlavə edib ki, Rusiya və Çinin müdafiə nazirlikləri arasında lazımi məlumat mübadiləsi aparılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə