Hakan Fidan Qəzza təmasları ilə bağlı açıqlama verib

Türkiyə xarici işlər naziri Hakan Fidan Əmmanda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Əlaqə Qrupundan olan həmkarları ilə görüşüb. Qəzza Əlaqə Qrupu İordaniya Kralı tərəfindən də qəbul edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi Hakan Fidanın Əmman təmasları ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib: “Görüşlərdə Qəzzada İsrailin soyqırımını dayandırmaq üçün səylər, atəşkəs danışıqları və Qəzzaya humanitar yardım göndərilməsi, eləcə də İordan çayının qərb sahilində artan işğal, Əl-Əqsa məscidi və Qüdsün tarixi status-kvonuna qarşı təxribatlar müzakirə edilib".

Xarici İşlər Nazirliyinin bəyanatı belədir: "Qəzzada davam edən soyqırımla yanaşı, İordan çayının qərb sahilində fələstinliləri hədəf alan məskunlaşma zorakılığı və İsrail ordusunun hücumları həyəcanverici səviyyədədir. Beynəlxalq ictimaiyyət İsrailin bölgəmizin sabitliyini təhdid edən hücumlarını dayandırmaq üçün mümkün qədər tez fikirləşməlidir. İslam Əməkdaşlıq Təşkilatının Qəzza Əlaqə Qrupu və Ərəb Liqası Fələstində daimi sülhün bərqərar olması üçün iki dövlət həllinin dərhal həyata keçirilməsi və Fələstinin daha çox ölkə tərəfindən tanınması və BMT-yə tamhüquqlu üzv olması üçün işlərini davam etdirəcək. Bu prosesin birinci mərhələsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə