...Amerikanın General Motors konserninin Rusiyadakı törəmə şirkəti müflis elan edilib. SİA bu barədə AutoBoss News-a istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bu qərarı Moskva Arbitraj Məhkəməsi qəbul edib. Hüquqi şəxs General Motors Auto MMC-nin 88 milyon rubl borcu var. Şirkət nəzarətə götürülüb.
İflas Məlumatlarının Vahid Federal Reyestrində yerləşdirilən məlumatlara görə, borc 10-dan çox kreditora qeydə alınıb.
Qeyd edək ki, Rusiya törəmə şirkəti 2006-cı ildə qeydiyyatdan keçib, o, minik avtomobilləri və yüngül yük maşınları, eləcə də ehtiyat hissələri satıb.
2022-ci ildən bəri şirkətin fəaliyyəti ABŞ-ın Rusiya Federasiyasına tətbiq etdiyi sanksiyalara görə dayandırılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə