Banqladeşin paytaxtı Dəkkə şəhərinin cənubunda ilin əvvəlindən müşahidə edilən danq qızdırması halları ölkədəki bütün hadisələrin dörddə birindən çoxuna uyğun gəlir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dhaka Tribune"nin məlumatına görə, Dəkkənin cənub hissələri dang xəstəliyinin artması ilə mübarizə aparır.
Ölkə üzrə ilin əvvəlindən 97 nəfər danq qızdırmasından ölüb, 16 285 nəfər xəstəxanaya yerləşdirilib. Dəkkənin cənub hissələri danq qızdırmasından ən çox təsirlənən ərazi olub. Sentyabr ayına olan məlumata görə, şəhərin cənubunda cəmləşən ağcaqanad yoluxucu xəstəliyin əksər halları bu il ölkə üzrə bildirilən bütün halların 25 faizindən çoxunu təşkil edib. Səlahiyyətlilər, ölümlərin yarıdan çoxunun Dəkkənin cənub bölgəsində baş verdiyini bildirib. İndiyədək şəhərin cənub bölgələrində 58 nəfər ölüb, 4201 hadisə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə