Polşada Rusiya və Belarusdan olan bir qrup hakerin fəaliyyəti dayandırılıb
Polşanın baş nazirinin müavini, rəqəmsallaşma naziri Kşiştof Qavkovski bildirib ki, Polşa xidmətləri kiber sferada çalışan bir qrup diversantın fəaliyyətini dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə tvn24.pl telekanalı bildirib.
Qavkovskinin sözlərinə görə, hakerlər Belarus və Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Belarusdan fəaliyyət göstəriblər. Onların vəzifəsi müdafiə sifarişlərini yerinə yetirən dövlət və yerli hakimiyyət orqanlarının, dövlət şirkətlərinin informasiya şəbəkələrinə nüfuz etmək, oradan məxfi məlumatları oğurlamaq, daha sonra məmurları və təşkilatları şantaj etmək, onları xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa məcbur etmək idi.
Qavkovski bunu Polşanın "siyasi, hərbi və iqtisadi sahədə iflicə səbəb olan faktiki kibermüharibə" adlandırıb.
...O, həmçinin bildirib ki, son bir ildə Polşa təşkilatlarına, o cümlədən Ukraynanı silahla təmin edənlərə haker hücumlarının sayı iki dəfə artıb. “Kiberməkanda təhdidlər hər saat, hər dəqiqə gəlir, - deyə baş nazirin müavini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə