…İstintaq Komitəsinin Sankt-Peterburq şəhərinin Admiralteyski rayonu üzrə istintaq idarəsinin rəisi Aleksey Qolovkin sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 78.ru hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.

Sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Hadisə, Lomonosovski rayonunun Novoselye kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Aleksey Qolovkin mövcud inzibati protokola baxmayaraq, baş verənləri inkar edir. Belə bir şey olmayıb, deyir.

Saxlanılan şəxsin avtomobilində onun qardaşı olub.

Həmin şəxs də sərxoş olub. O, da heç bir şərh verməyib.

…Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.8-ci maddəsinə əsasən, “Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan sürücünün idarə etməsi, nəqliyyat vasitəsini idarəetməni sərxoş vəziyyətdə olan şəxsə verməsi” pozuntusu ilə üzləşir. Bu halda sürücü ya bir il yarımdan iki ilədək sürücülük vəsiqəsindən məhrum edilir, ya da 30 min rubl cərimə ödəyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə