Ukrayna ordusunun Kurska hücum etməkdə məqsədi nə idi?

Sırski əməliyyatın əsas beş məqsədini sadalayıb

...Ukrayna Kursk vilayətində keçirdiyi əməliyyatla Rusiyanın yeni hücumunun qarşısını almaq istəyirdi. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin bu cür hərəkətləri Sumı vilayətinin əhalisinin qorunmasına kömək etdi.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

Generalın sözlərinə görə, Kursk vilayətində keçirilən əməliyyatın əsas məqsədləri aşağıdakılardır:

- Rusiyanın Kursk bölgəsindən yeni hücum üçün tramplin kimi istifadə etməsinə mane olmaq;

- rus qoşunlarını başqa istiqamətlərdən yayındırmaq;

- təhlükəsizlik zonası yaratmaq və mülki obyektlərin atəşə tutulmasının qarşısını almaq;

-işğalçıları ələ keçirmək;

- Ukrayna qoşunlarının və bütövlükdə xalqın mənəviyyatını yüksəltmək.

Sırski həmçinin xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı rusları on minlərlə hərbçisini Kursk bölgəsinə köçürməyə məcbur edib. Onların arasında Rusiya Federasiyasının ən yaxşı hava-desant bölmələrinin döyüşçüləri də var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə