Kursk vilayətinə hücumda iştirak edən şəxslərin adları açıqlanıb

...Kursk vilayətinə hücumdan sonra terrorizmlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər Ukrayna Silahlı Qüvvələrinin iki bölməsinin komandirləri Vladimir Pipko və Emil İşkulovdur.

SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O, aydınlaşdırıb ki, araşdırma nəticəsində müəyyən edilib ki, Kursk vilayətinə hücumu Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin, o cümlədən A4718 (22-ci ayrı-ayrı mexanikləşdirilmiş briqada)A0284 (80-ci ayrı hava hücum briqadası) hərbi hissələrinin hərbçiləri həyata keçirib.

…Bununla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər bu bölmələrin komandirləri Vladimir Pipko və Emil İşkulovdur. Onlar terror aktı törətməkdə, adam öldürməkdə şübhəli bilinirlər.

Bunu Petrenko əlavə edib.

Onun sözlərinə görə, İstintaq Komitəsi işdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsini davam etdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə