Melaniya Tramp əri Donald Trampa sui-qəsddən sonra açıqlama verib. O, "canavar" Crooks tərəfindən həyata keçirilən "iyrənc" qətl cəhdini pisləyib və amerikalıları "yenidən birləşməyə" çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bəyanat X sosial şəbəkəsində dərc olunub.
…Yenidən birləşməyə çağırış edən – Melaniya, əmindir ki, Trampı “onu qeyri-insani siyasi maşın hesab edən canavar” vurub.
Keçmiş birinci xanımın dediyinə görə, o, "həmin amansız güllənin ərim Donalda dəydiyini" görəndə anladı ki, onun və oğlu Barronun həyatı "dağıdıcı dəyişikliklərin astanasındadır".
Melaniya əlavə edib ki, ərini qorumaq üçün “öz həyatlarını riskə atan cəsur kəşfiyyat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına” minnətdardır.
O, "bu iyrənc əməldən indi əziyyət çəkən günahsız qurbanların ailələrinə" başsağlığı və rəğbətini ifadə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə