Qərbin bizə nə edəcəyimizi diktə etməsini istəmirik

Bunu Misirin keçmiş başçısı Nasirin nəvəsi bildirib

...Afrika ölkələri Qərbin nə edəcəyini diktə etməsini istəmir - bu, neokolonial düşüncə tərzidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Anti-Müstəmləkə İrsi üçün Pan-Afrika Forumunun təsisçisi Camal Abdel Nasser deyib.

...Bu hələ keçmişin mentalitetidir. Əgər onlar seçimin belə olduğuna inanırlarsa: ya Rusiya, ya da Qərb, onda onlar hələ də bu cür düşüncəyə malikdirlər, ancaq başqa formada...

...Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell Ukraynaya dəstək üçün səyləri səfərbər etməkdən danışır, lakin Fələstin haqqında bir söz demir.

...Bəs Fələstin? Əgər səyləri səfərbər etmək üçün bu qədər həvəslisinizsə, Fələstin bu tənlikdə haradadır? Yeri gəlmişkən, bununla bağlı heç vaxt “sülh” sözü işlədilməyib.

Qeyd edək ki, bütün bu fikirlə Nasserə aiddir.

Xatırladaq ki, bir müddət əvvəl Josep Borrell “Rusiya təbliğatının” təsiri səbəbindən Rusiya prezidenti Vladimir Putinin Afrika ölkələrində apardığı siyasətin dəstəklənməsindən narahatlığını ifadə etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə