Kliçko Kiyevdə partlayış və yanğın olduğunu bildirib...

Elektrik qurğusu zədələnib

Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtının mərkəzində fövqəladə vəziyyət elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kliçko Telegram-da enerji obyektində partlayış baş verdiyini və bunun nəticəsində yanğın olduğunu bildirib.

Kiyev meri fövqəladə vəziyyətin Şevçenkovski rayonunda baş verdiyinə aydınlıq gətirib.

Bütün xidmətlər hadisə yerinə gedib. Kiyev hakimiyyəti bununla bağlı hələlik başqa təfərrüatları açıqlamayıb. Xatırladaq ki, Ukrayna mətbuatı iyunun 22-də Kiyev istilik elektrik stansiyalarından birində partlayış baş verməsi barədə məlumat yaymışdı. \Lakin o zaman şəhər rəhbərliyi Kiyevdəki bütün istilik elektrik stansiyalarının normal işlədiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə