Şavkat Mirziyoyev Yaşar Güləri qəbul edib

Bu barədə Özbəkistan Prezidenti Aparatının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib

Özbəkistana səfər edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​bu ölkənin prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Bu barədə Özbəkistan Prezidenti Aparatının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Yaşar Gülər ​​görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və xoş arzularını Şavkat Mirziyoyevə çatdırıb.
Görüşdə Şavkat Mirziyoyevin 5-6 iyun tarixlərində paytaxt Ankaraya səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.
Hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı, o cümlədən nazirliklər arasında sıx əlaqələrin möhkəmləndirilməsi, birgə tədbirlərin təşkili, hərbi ekspertlərin hazırlanması və digər məsələlər də nəzərdən keçirilib.
Təhlükəsizlik məsələləri, terrorizm, ekstremizm və radikalizmlə mübarizə sahələrində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin müzakirə edildiyi görüşdə Əfqanıstandakı vəziyyət daxil olmaqla regionda sülhün və sabitliyin təmin edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə