Ukrayna ilə bağlı ikinci konfrans sülhə səbəb olmalıdır...

...Rusiya ora dəvət olunacaq

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukrayna ilə bağlı növbəti beynəlxalq konfransın münaqişəyə son qoyacağını bildirib Onun dediyinə görə, bu dəfə Rusiya sammitə dəvət olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın STRANA.ua nəşri yazıb.

Onun sözlərinə görə, ideya ondan ibarətdir ki, növbəti konfrans müharibənin sonu olacaq və qarşı tərəfin danışıqlar masası arxasında olması lazımdır.

...Müharibəyə son qoymaq üçün hər iki tərəfə ehtiyac olduğu açıq-aydındır. Bunu deyən nazir etiraf edib ki, gec-tez Moskva ilə danışmaq lazım gələcək. O əlavə edib ki, Qərblə qlobal Cənubun mövqeləri fərqlidir.

Kulebanın sözlərinə görə, İsveçrədə Ukrayna sammitində Kiyevin etməli olduğu çətin kompromislərlə bağlı qlobal cənubdan səslər eşidilib.

...Bu, Qərb tərəfdaşlarından eşitdiyimiz dil deyil.

Bunu da ukraynalı nazir deyib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Putin Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etmir, lakin onların nəticələrinin qanuni şəkildə qeydə alınması lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə