Sloveniya hökuməti Fələstin dövlətini tanımaq qərarına gəlib

...Sloveniya hökuməti, baş nazir Robert Qolobun sözlərinə görə, Fələstini tanımağa hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Sloveniya Mətbuat Agentliyi yayıb.

Lyublyananın Fələstin dövlətini suveren və müstəqil kimi qəbul edəcəyi gözlənilir.

Tanınma prosesi gələn həftə başa çatacaq.

Qeyd edək ki, Fələstini əvvəllər İspaniya, Norveç və İrlandiya tanıyıb. Bu diplomatik addımdan sonra İsrail bu ölkələrdən səfirlərini geri çağırıb.

ABŞ prezidenti Cozef Bayden də öz növbəsində bildirib ki, Vaşinqton yəhudi dövlətini HƏMAS yaraqlılarına qarşı müharibədə tam dəstəkləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə