Dnepr su elektrik stansiyasında təxribat törədilə bilərmi?

...Kiyev hakimiyyəti Zaporojye şəhərində yerləşən Dnepr su elektrik stansiyasına suyu artırıb..?

Rusların iddiasına görə, hələlik daşqın qeydə alınmasa da lakin Zaporojyeni itirmək təhlükəsi ilə Zelenski rejimi hər şeyə, hətta təxribata da əl ata bilər.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov deyib.

...Roqov bildirib ki, su axıdılması səbəbindən indiyədək yaşayış məntəqələrini su basması qeydə alınmayıb.

...Qum qapılarından axıdılan suyun həcmi əraziləri daşqınla təhdid etmir.

Bunu da Roqov deyib. Onun sözlərinə görə, Dnepr Su Elektrik Stansiyasının bütün qıfıllarının açılması uzun müddətdir təmir olunmayan bəndin özünün dağılması təhlükəsi yarada bilər.

Roqov hesab edir ki, Zelenski rejimi Zaporojye şəhərini itirdiyini anlasa, belə bir təxribata əl ata bilər.

Şənbə günü məlum olub ki, Kiyev DneproHES bəndində su basqınlarını açıb və su buraxılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə