...Moskva vilayətindəki stansiyada iki qatar vaqonu yanıb. Sərnişinlər dərhal təxliyə edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən araşdırılır.

Rusiya Federasiyası İstintaq Komitəsinin nəqliyyat üzrə regionlararası istintaq idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə çərşənbə günü, mayın 22-də günortadan sonra Povarovo-1 stansiyasında baş verib.

Müəyyən edilib ki, yanğın Moskva-Tver marşrutu ilə hərəkət edən elektrik qatarının vaqonları arasında başlayıb.

Yanğının mənbəyi müəyyən edildikdən sonra qatar dayandırılıb və göyərtəsində olan sərnişinlər təxliyə edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Hadisənin bütün halları müəyyənləşdirilir.

Oktyabrskaya Dəmir Yolunun mətbuat xidməti sərnişinlərə xəbərdarlıq edib ki, şəhərətrafı qatarların Tver istiqamətində hərəkətində gecikmələr ola bilər.

Deyilənlərə görə, qatarda baş verən yanğının sahəsi 140 kvadratmetr olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə