Türkiyədə 22 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 22 qanunsuz miqrant saxlanılıb. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, İsmirdə sahil mühafizə xidmətinin əməkdaşları rezin qayıqda bir qrup qanunsuz miqrantı aşkarlayıb.

Əraziyə göndərilən xidmətin əməkdaşları qayıqdakı 22 miqrantı saxlayıb. Onlar vilayətin miqrasiya idarəsinə göndəriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə