Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar qıbrız türk tərəfinin suveren bərabərliyi və milli status tələbindən geri addım atmayacaqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Amerika Birləşmiş Ştatlarına səfərindən əvvəl mətbuat konfransı keçirən E.Tatar Vaşinqton görüşlərilə bağlı açıqlama verərək deyib: “Aprelin 5-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşüm olacaq. Şimali Kipr Türk Respublikasının 3 ildir apardığı siyasətdən geri dönüş olmayacağını bəyan edəcəyəm. Yunanıstan tərəfi ilə ortaq məxrəcə gələ bilmədiyimizi deyəcəyəm. Türkiyə bizim yeni siyasətimizin tamamilə arxasındadır. Əgər Kiprdə razılaşma olacaqsa, mütləq bizim suveren bərabərliyimiz və bərabər statusumuzun təsdiqi ilə danışıqlar prosesi başlamalıdır. Bizim siyasətimiz aydın və açıqdır.
Qıbrız türk xalqına tətbiq edilən təcrid, embarqo və məhdudiyyətlər aradan qaldırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB