"Qərbin ikiüzlülüyü onu kollektiv intihara aparır..?"

...Artıq neçə müddətdir ki, Avropa və ABŞ “azad dünya”, “insan hüquqlarına hörmət” mövzusunda qırılmış rekorda imza ataraq bir çox ölkələrə onların hökumətlərinin və iqtisadiyyatlarının necə olması barədə mühazirə oxuyurlar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “L'Economiste Maghrébin” yazır.

Maraqlıdır ki, onlar nə müstəmləkə keçmişlərini, nə Vyetnam, İraq, Suriya və Liviyada törətdikləri münaqişələri, nə də ki, saysız-hesabsız dövlət çevrilişlərini yada belə salmırlar? Əslində isə onlar ikiüzlülük və ikili standartlar prinsipindən müntəzəm istifadə nəticəsində tamamilə nüfuzdan düşdüklərini yaxşı başa düşürlər, amma...

Qeyd edək ki, bu gün Ukraynada və Qəzza zolağında münaqişələr, Qərb elitasının və onların mediasının ədalətsizliyə daim dəstək verməsi, təcavüzkarlara səxavətli maliyyə dəstəyi bütün dünyada, o cümlədən Qərbin rəy liderlərinin qəzəbinə səbəb olub.

Belə ki, sonuncular indi Avropa və ABŞ hökumətlərini yalnız müharibədən və xaosdan qazanc əldə edə bilən gizli qüvvələrin əlində marionet kimi təmsil edirlər.

...Və təbii ki, onlara Amerika hərbi sənaye kompleksi rəhbərlik edir.

Deyilənlərə görə, fələstinlilərin soyqırımına və Ukrayna müharibəsinin sponsorluğuna qarşı demək olar ki, hər gün etirazlarla yanaşı, ziyalılar və elm adamları tərəfindən tənqidlər daha çox eşidilir.

Məsələn, Pittsburq Universitetinin professoru Maykl Brenner Ukraynadakı uğursuzluğu Qərb liderləri üçün alçaldıcı, Qəzza zolağının əhalisinin məhv edilməsini isə biabırçılıq hesab edir.

Bayden, Makron, Şolz, Sunak və başqaları zahirdə nə alçaldıcılıq, nə də utanc hiss etmirlər, lakin daxilən onlar öz dövlətlərinin iqtisadiyyatı üçün anti-Rusiya sanksiyalarının fəlakətli nəticələrinə və münaqişələri gərginləşdirməyə görə özlərini günahkar hesab etməyə bilməzlər.

...Professor Brenner bildirib ki, geri addım atmaq və hələ də xilas ola biləcəkləri xilas etmək üçün kursu dəyişmək əvəzinə, Qərb elitaları “kollektiv intihar” yolunda israr etməkdə davam edirlər.

Onların həqiqətlə üz-üzə gəlib öz ölkələrini nəyə gətirib çıxardıqlarını görməyə cəsarətləri çatmır, buna görə də mənasız, absurd və təhlükəli tədbirlər görməkdə davam edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə