İnquşetiyanın Karabulak şəhərində döyüşlər gedir..?

Rusiyada İnquşetiya Respublikası ərazisindəki Karabulak şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya KİV-i Daxili İşlər Nazirliyinin regional əməliyyat qərargahına istinadən xəbər verir.

Teleqram 112 kanalının məlumatına görə, təhlükəsizlik qüvvələri şəxsi yaşayış evində silahlıların qarşısını kəsib.

...Şübhəli şəxs insanların çox olduğu yerlərdə terror aktları planlaşdırırdı. Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları cinayətkarlarla mübarizə aparır.

Bu, yerli telekanalın bəyanatında bildirilir.

TASS dəqiqləşdirir ki, xüsusi əməliyyat dörd küçə - Raboçaya, Oskanova, Naberejnaya və Cabağıyeva arasında aparılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə