Şimali Koreya Rusiyaya sursat tədarükünü dayandırıb...

Belə görünür ki, Şimali Koreyada yeni döyüş sursatlarının istehsalı ilə bağlı problemlər yaşanır..?

...Şimali Koreya çox güman ki, Rusiyaya artilleriya mərmilərinin tədarükünü dayandırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın NK Pro nəşri tərəfindən təhlil edilən peyk monitorinqi məlumatları göstərir.

Qeyd olunur ki, bir neçə rus gəmisi ötən ilin payızından etibarən Şimali Koreya və Rusiya limanları arasında mütəmadi reyslər həyata keçirdi. Gəmilərdə içərisində sursat olduğu ehtimal edilən konteynerlər də müşahidə edilirdi. Lakin artıq üç həftədir ki, bu daşımalar həyata keçirilmir.

Onu da qeyd edək ki, burada söhbət dörd konteyner gəmisindən gedir - “Maya 1”, “Anqara”, “Mariya” və Ledi R.

Onlar birlikdə Şimali Koreyaya ən azı 32 reys həyata keçiriblər. Oradan konteynerlər dəmir yolu ilə Krasnodar vilayətinə - Ukrayna sərhədlərinə daha yaxın ərazilərə daşınıb.

...Sonuncu belə daşınma fevralın 12-də həyata keçirilib. O vaxtdan bəri peyklər Şimali Koreyanın bu limanına bir dənə də olsun yeni daşınma qeydə almayıb.

Bundan əlavə, KXDR-in daxili hissəsindən bu limana dəmir yolu ilə yeni konteynerlərin gəlməsi də dayandırılıb. Eyni zamanda, artıq Rusiya gəmilərindən boşaldılmış konteynerlər Koreya limanında qalır və içəriyə aparılmır: açıq-aydın, onlar boşdur və yeni çatdırılmalar üçün hələ tələb olunmur.

Deyilənlərə görə, Koreya limanı ilə Rusiya arasında malların daşınmasının niyə tam olaraq dayandırıldığı hələ aydın deyil. Amma nəşrin müəllifləri səbəb kimi Şimali Koreyada yeni döyüş sursatlarının istehsalı ilə bağlı problemlər və ya maddi-texniki problemlər ola biləcəyini ehtimal edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə