DİQQƏT!!! İki deputatın telefonlarında casus proqram aşkarlandı

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin 2 üzvünün şəxsi telefonlarında casus proqram olduğu üzə çıxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra bütün üzvlər texnoloji cihazlarının skan edilməsinə çağırılıb. Bu tənqidi bəyanatla Avropa Parlamentinin sədr müavini Delfin Kolard çıxış edib.

Kolard Komitə üzvlərinin kibertəhlükəsizliyini təmin etmək üçün aparılan skanlar zamanı Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin 2 üzvünün şəxsi telefonlarında casus proqramların aşkar edildiyini təsdiqləyib. Casus proqram hücumlarının arxasında kimin olduğu barədə məlumat verməyən Kolard deyib: "Fəaliyyətin xarakterinə görə, AP-nin təhlükəsizliyi, kibertəhlükəsizlik məsələləri və ya bu xüsusi prosedurda istifadə olunan alətlər haqqında əlavə şərh vermirik".

Kolard bildirib ki, 2 komitə üzvünün telefonlarında casus proqram izləri aşkar edildikdən sonra bütün üzvlər texnoloji cihazlarını skan etmək üçün çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə