Solovyov yenə qəzəblənir..?

Doğrudan da, böyük dərddir..?

...Buna “vətənpərvərlər” qəzəblənməsinlər, neyləsinlər?. Budur, ABŞ-da doğulsa da, amma milliyyətcə rus olan(?) Mixail Arnoldoviç Lokşinin “Master və Marqarita” filmi ilk həftəsonunda 428 milyon rubl yığaraq kassa lideri olur.

...Amma Rusiya rəhbərləri üçün “canını-qanını verməyə belə hazır olan” Tiqran Keosayanın hansı çətinliklə çəkdiyi “Krım körpüsü. Məhəbbətlə hazırlanmış” filmi bütünlükdə kassada köpük-quruş toplayır.

Təbii ki, bu, “böyük haqsızlıqdır”...

Deyim ki, bu təkcə Tiqran Keosayana qarşı deyil, həm də onun zövcəsi Marqarita Simonyana qarşı da hörmətsizlikdir.

Axı, “Master və Marqarita”ya bilet alanlar niyə bunu nəzərə almayıblar.

Görün, “haqsızlıq” o həddə çatıb ki, məsələyə dərhal Vladimir Rudolfoviç Solovyovun özü qarışmalı olub və ilk olaraq Lokşinin film üçün büdcə pulu almasından çox qəzəblənib.

Vladimir Rudolfoviçin ilk iddiasına görə, bütün bunlar yalandır.

...Hə, mən belə başa düşürəm ki, Solovyov bununla Lokşinin “Keosayandan yaxşı film cəkə bilməz” demək istəyib.

Axı, nə qədər olmasa da, Marqaritadan ayıbdır.

Bir də axı, Solovyov neyləməlidir, onun işi budur.

Qeyd edək ki, rejissor Lokşini Rusiya dövləti və xalqının ideoloji rəqibi, filmi isə tamamilə “antisovet” kimi dəyərləndirən Solovyov,.. məgər qanmır ki, “Master və Marqarita” Sovet dövrünün yazıçısı, həkimi, dramaturqu, teatr rejissoru Mixail Afanasyevi Bulqakovun əsəri əsasında çəkilib?

Yeri gəlmişkən, Solovyovun Lokoşinin filmi barədə əks təbliğatı güçlü reaksiya doğurub.

...Əgər Solovyev və Keosayan kimi adamlar bu filmi tənqid edirlərsə, deməli yayımdan çıxarılmazdan əvvəl onu təcili izləmək lazımdır.

...Bu isə rusiyalı oxucuların şərhlərindən biridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə