Çin Ukrayna münaqişəsinin yeni mərhələyə keçdiyini irəli sürüb

Ukraynadakı qarşıdurma yeni sülh danışıqlarının mümkün olduğu yeni mərhələyə keçir, köşə yazarı Andrey Korıbko Çinin “Huanqiu Shibao” (“Global Times”) qəzeti üçün məqaləsində yazır.

SİA-nın əldə etdiyi məlumata görə, müşahidəçi qeyd edib ki, 2014-cü ildə başlayan, 2022-ci ilin fevralında özünün ən son və ən gərgin mərhələsinə qədəm qoyan Ukrayna münaqişəsi, görünür, təxminən 22 aylıq aktiv hərbi əməliyyatlardan sonra sona çatma əlamətləri göstərir.

Məqalə müəllifi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri 6 aylıq aktiv hərəkətlər zamanı çox böyük fiziki, maliyyə və strateji xərclərə məruz qalıb. Bunun fonunda o əlavə edib ki, yeni əks-hücum ehtimalı azdır.

...Ola bilsin ki, tezliklə sülh danışıqlarının bərpası üçün pəncərə açılsın.

Analitik aydınlaşdırdı ki, son vaxtlara qədər bu, siyasi cəhətdən mümkün deyildi, çünki ABŞ-ın Rusiyaya qondarma “strateji məğlubiyyət” vurmaq məqsədi var idi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə